Məşqdə ürəyi dayanan "Qarabağ"ın futbolçusunun son durumu

17:52 - 22 Aprel 2023 - İDMAN

Məşq zamanı ürəyi dayanaraq xəstəxanaya aparılan "Qarabağ-2"nin futbolçusu Şirxan Həsənzadə əməliyyata alınıb. 

Bu barədə Fanat.Az-a klubun mətbuta katibi Gündüz Abbaszadə məlumat verib. 

"Şirxan Həsənzadə "Liv Bona Dea" xəstəxanasına köçürülüb və əməliyyata götürülüb. Onun ürəyinə anju tədbiq olunur. Həkimlərin fikrincə, əməliyyatdan sonra vəziyyəti yaxşı olacaq. Anju əməliyyatından sonra həyati təhlükəni atladacağına ümidimiz böyükdür", deyə Abbaszadə bildirib.

Xəbər xətti