Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli həbs edilib.
Ucnoqta.az xəbər verir ki, onun barəsində Nərimanov Rayon Məhkəməsi 3 aylıq həbs qətimkan tədbiri seçib.
Məlumata görə, Anar Əsədli dələduzluqda təqsirləndirilib və barəsində cinayət işi başlayıb. Anar Əsədli barəsində 4 şikayətçi var. O, həmin şəxslərdən külli miqdarda pul alıb geri qaytarmamaqda ittiham edilir.