Jalə Əliyeva Avropa ikincisi olub

21:23 - 21 Aprel 2023 - İDMAN

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 57 kq çəki dərəcəsində yarışan idmançı qızıl medal uğrunda qarşılaşmada ukraynalı Alina Akobyanı sınağa çəkib. Rəqibinə "tuş"la uduzan Əliyeva Avropa ikincisi olub.

53 kq-da çıxış edən Türkan Nəsirova isə bürünc medal görüşündə türkiyəli Zeynep Yetgilə məğlub olaraq 5-ci yeri tutub.

Xəbər xətti