Lənkəranda minik avtomobili bacı və qardaşı vurub - FOTO

13:36 - 21 Aprel 2023 - HADİSƏ

Lənkəranda minik avtomobili bacı və qardaşı vurub.

Hadisə günorta saatlarında, rayonun Sütəmurdov kəndi ərazisində baş verib. Hərəkətdə olan "Chevrolet Cruze" markalı minik avtomobili bacı və qardaş olan 2005 - ci il təvəllüdlü Kərimova X. Süleyman qızını  və 2006 - cı il təvəllüdlü Kərimov H. Süleyman oğlunu vurub. Ağır xəsarət alan bacı - qardaş Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti