Ermənistanda qadınlar üçün hərbi xidmət tətbiq edilir

11:28 - 21 Aprel 2023 - Xəbər

Ermənistanda qadınlar üçün məcburi hərbi xidmət tətbiq etmək istəyirlər.

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, qanuna müvafiq dəyişiklikləri Nazirlər Kabinetinin iclasında müdafiə naziri Suren Papikyan təqdim edib.
Hərbi xidmətin 6 ay müddətinə könüllü olması planlaşdırılır.
Ölkədə qadınların orduya qəbulunun 2023-cü ilin qış çağırışı dövründə həyata keçirilməsi planlaşdırılır. Xidmət başa çatdıqdan sonra qadınlara fəxri ödəniş kimi 1 milyon dram (2,5 min dollar) təqdim olunacaq.

Xəbər xətti