Şabranda təcili tibbi yardım avtomobili qəzaya düşüb, ölən var.
"Report"un məlumatına görə, çağırış ünvanından qayıdarkən hərəkətdə olan təcili tibbi yardım avtomobili “VAZ-2107” markalı minik maşını ilə toqquşub.
Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib. Eyni zamanda təcili tibbi yardım avtomobilinin içərisində olan infarktı diaqnozu ilə xəstəxanaya aparılan 1955-ci il təvəllüdlü Məmmədov Rəfi Hüsi oğlu hadisə yerindəcə ölüb.
İlkin ehtimala görə, qəzaya səbəb "VAZ-2107" markalı maşınının sürət həddini aşması olub.
Faktla bağlı araşdırma aparılır.