Vilayət Eyvazov polis baş leytenantını yüksək vəzifəyə TƏYİN ETDİ

16:13 - 20 Aprel 2023 - Xəbər

Şamaxı Rayon Polis Şöbəsinin (RPŞ) rəisinə yeni müavin təyin edilib.

"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis baş leytenantı Vüsal Əmrahov Şamaxı RPŞ-nin rəisinin xidmət üzrə müavini təyin edilib.

O, bundan əvvəl həmin şöbənin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsində işləyib.

Xəbər xətti