"Mançester Siti" üç il ardıcıl ÇL-nin yarımfinalına yüksələn 3-cü ingilis klubu oldu

05:03 - 20 Aprel 2023 - İDMAN

"Mançester Siti" Çempionlar Liqasının 1/4 final mərhələsində "Bavariya"nı iki oyunun nəticələrinə görə məğlub edib.

Ucnoqta.az xəbər verir ki, bu qələbə nəticəsində “Mançester Siti” ardıcıl üç il - 2020-ci ildən 2023-cü ilə kimi əsas Avropa klub turnirinin yarımfinalına yüksəlməyi bacaran üçüncü ingilis klubu oldu. Əvvəllər bunu “Çelsi” və “Mançester Yunayted” bacarmışdı. 

Aprelin 19-da Münhendə keçirilən oyun 1:1 hesabı ilə başa çatıb.

“Şəhərlilər”in norveçli hücumçusu Erlinq Haaland 38-ci dəqiqədə penaltini qola çevirə bilməsə də, 57-ci dəqiqədə fərqlənib.

Bavariyalılar 83-cü dəqiqədə Yosua Kimmixin vurduğu penalti sayəsində hesabı bərabərləşdirib (1:1).

Xatırladaq ki, komandaların bir həftə əvvəl baş tutan ilk oyununda “Mançester Siti” "Bavariya"nı 3:0 hesabı ilə məğlub etmişdi.

İngiltərə klubunun Çempionlar Liqasının yarımfinaldakı rəqibi  "Real Madrid" olacaq.

Xəbər xətti