"Barselona" rəhbərliyinin argentinalı hücumçu Lionel Messini kluba qaytarmaq planı məlum olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Diario Sport məlumat yayıb.
Nəşrin məlumatına görə, Messini transfer etmək üçün kataloniya klubu maaş fondunu azaltmalı və bir neçə futbolçunu satmalı olacaq. Maliyyə feyr-pleyinə riayət etmək üçün hücumçu vergilər çıxmadan ildə 25 milyon avro maaşla La Liqada qeydiyyatdan keçə bilər. Bu məbləğin argentinalının əvvəllər komandada aldığı maaşdan dörd dəfə az olduğu bildirilir.
2020/2021 mövsümündə o, müqaviləyə uyğun olaraq ildə 100 milyon avro alıb.