Nəhəng panda Lin Hui Taylandın Chiang Mai zooparkında 21 yaşında öldü.
Ucnoqta.az xəbər verir ki, bu barədə özünün Facebook səhifəsində qurumun administrasiyası məlumat yayıb.
Bir gün əvvəl pandanın vəziyyətinin kəskin şəkildə pisləşməsi barədə məlumat verilmişdi.
2019-cu ilin sentyabrında Lin Hui ilə eyni bağda yaşayan bambuk ayısı Chuan Chuan öldü. O, iki ölkə arasındakı sıx əlaqənin nümayişi kimi ÇXR hökuməti tərəfindən Taylanda göndərilib və 2003-cü ilin oktyabrında Lin Hui ilə birlikdə Çenqdudan Çianq Maya gəlib.
Nəhəng pandanın orta ömrü vəhşi təbiətdə təxminən 15-20 ilə qədərdir. Ən uzunömürlü panda 38 yaşında dünyasını dəyişən Jia Jiadır.