Bakıya ilk elektrik mühərrikli avtobus gətirilib - FOTO

14:55 - 19 Aprel 2023 - AVTO

Bakıya ilk elektrik mühərrikli avtobus gətirilib

Ucnoqta.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli özünün feysbuk səhifəsində yazıb.

V.Kərimlinin sözlərinə görə, avtobus Çindən alınıb və 33 sərnişin oturacağına malikdir:

"Dünyanın aparıcı elektrik mühərrikli avtobuslar istehsalçısı olan Çinin BYD şirkətindən test məqsədilə alınan 1 ədəd elektrik avtobusu 12 metrlikdir. 33 sərnişin oturacağına malik avtobusun ümumi sərnişin tutumu 82 nəfərdir. Batareya gücü 383 kVt/saat olan avtobus tam enerji dolumunda 350 km məsafə qət edə bilir. Nəqliyyat vasitəsi müasir sərnişindaşıma tələblərinə tam cavab verir".

BNA-nın rəhbəri bildirib ki, test müddətində elektirik avtobusunun Bakı şəhərinin mövcud relyefinə uyğunluğu yoxlanılaraq qiymətləndirilməsi aparılacaq.

Xəbər xətti