2023-cü ilin birinci rübü üçün ən populyar smartfon markalarının adları açıqlanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə statistikalar "Canalys"in rəsmi saytında dərc olunub.
Göstərilən müddət ərzində ən çox smartfon satan Samsung şirkəti olub - onun payı 22% təşkil edib. İkinci yerdə Apple (21%), üçüncü yerdə isə Xiaomi (11%) qərarlaşıb. İlk 5-liyə həmçinin Oppo (10%) və Vivo (8%) daxildir. Bütün digər markaların smartfonlarının ümumi payı 28% təşkil edib.
Qeyd edək ki, hazırda qlobal smartfon bazarında tənəzzül müşahidə olunur.