"Meta" daha 4 min işçisini ixtisar edir - işçilərə SMS göndərilib

12:04 - 19 Aprel 2023 - DİGƏR

Meta şirkəti 4 minə yaxın işçini əhatə edəcək yeni genişmiqyaslı ixtisar mərhələsinə başlayır.

Ucnoqta.az xəbər verir ki, bu barədə şirkətdəki mənbələrə istinadən Vox məlumat yayıb.

Çərşənbə axşamı şirkətin əməkdaşlarına göndərilən mesaja əsasən, ixtisarlar çərşənbə günü başlayacaq və Facebook və Instagram, WhatsApp messencerində, eləcə də virtual reallıq texnologiyalarını inkişaf etdirən Reality Labs bölməsində işləyən geniş peşəkarlara şamil ediləcək.
Bildirilir ki, ixtisarlar 4 minə yaxın insanı əhatə edə bilər.

Xəbər xətti