Sahil qəsəbəsinə “Bakubus” avtobusları xidmət göstərəcək

11:56 - 19 Aprel 2023 - Xəbər

Sahil qəsəbəsinə “Bakubus” MMC-yə məxsus avtobuslar xidmət göstərəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib. Bununla da Sahil qəsəbəsinin 50.000 nəfərə yaxın sakininin ictimai nəqliyyata əlçatanlığı təmin ediləcək. 149 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi də dəyişdirilərək Sahil metro stansiyasından Sahil qəsəbəsinə müəyyən edilib.

Xəbər xətti