Bakıda soyğunçuluq hadisəsi baş verib.
DİN-dən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində bir qadının “Dodge” markalı avtomobilində 2 azyaşlı nəvəsinin 2 ədəd telefon və 2 ədəd planşetlərini soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Laçın rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Hikmət Şahverdiyev saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanılıb.