"Bavariya" "Mançester Siti"yə qarşı ...

10:32 - 19 Aprel 2023 - İDMAN

Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin son iki cavab oyunu keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, İngiltərə çempionu "Mançester Siti" Münhendə Almaniya çempionu "Bavariya" ilə qarşılaşacaq. Qeyd edək ki, komandalar arasında ilk oyun İngiltərə klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu cütlüyün qalibi yarımfinalda "Çelsi"ni mübarizədən kənarlaşdıran "Real Madrid"lə qarşılaşacaq.

Günün digər oyununda isə İtaliyanın vitse-çempionu “İnter” və Portuqaliyanın “Benfika” klubları qarşılaşacaq. İlk oyunda İtaliya klubunun 2:0 qələbəsi ilə yejunlaşıb.

Bu cütün qalibi yarımfinalda A Seriyasının lideri “Napoli”dən güclü olduğu üzə çıxan İtaliya çempionu “Milan”la qarşılaşacaq.


Çempionlar Liqası
1/4 final mərhələsinin cavab oyunu

"Bavariya" - "Mançester Siti" - 23:00, (ilk oyun - 0:3)

"İnter" - "Benfika" - 23:00 (ilk oyun - 2:0)

Xəbər xətti