Şəhid polkovnik-leytenantın anası vəfat edib - FOTO

10:16 - 19 Aprel 2023 - Cəmiyyət

Hərbi ekspert, polkovnik Şair Ramaldanova ağır itki üz verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov məlumat bildirib. Belə ki, Şair Ramaldanovun anası Nuriyyət Ramaldanova bu gün səhər dünyasını dəyişib.

Bbildirilib ki, dəfn mərasimi bu gün saat 12-də Xaçmaz rayonunda - Xudatda olacaq. 3 mərasimi isə aprelin 21-də Xudatda keçiriləcək.

Mərhum Nuriyyət Ramaldanovanın Şair Ramaldanovla yanaşı, daha iki oğlu hərbçi zabitdir - Elman və İlham Ramaldanovlar.

Mərhumun nəvəsi polkovnik-leytenant Babək Ramaldanov isə 44 günlük Vətən müharibəsində şəhid olub.

Allah rəhmət eləsin.
 


Xəbər xətti