“WhatsApp”dan istifadəçiləri əyləndirən yenilik - FOTO

10:30 - 19 Aprel 2023 - Cəmiyyət

“WhatsApp” animasiyalı smayliklər funksiyası üzərində işləyir.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı məlumat sosial media platformalarında paylaşılıb. Bildirilir ki, “WhatsApp” dizaynerlərə asanlıqla animasiya yaratmağa imkan verən “Lottie” kitabxanasından istifadə edərək animasiya smaylikləri hazırlayır. Bu funksiyanın hələ tam başa çatmadığı, üzərində iş getdiyi bildirilir. Məlumatda deyilir ki, “WhatsApp” istifadəçilərin yazışamalarına əyləncə qatması üçün belə dəyişiklik edilir.

Əvvəlcə smayliklərin bir hissəsi hərəkətli olacaq. Daha sonra bu siyahının genişlənəcəyi istisna edilmir.///metbuat.az


Xəbər xətti