“Muğan Bank”ın rəhbərliyinə yeni təyinat olub

10:15 - 19 Aprel 2023 - Xəbər

“Muğan Bank”ASC-nin Müşahidə Şurasına yeni üzv seçilib.

Bu barədə "APA-Economics"ə bankdan bildirilib. Məlumata görə, Bankın səhmdarlarının yeni qərarı ilə Ramiz Dadaşov Müşahidə Şurasına üzv təyin edilib.

Ramiz Dadaşov 2002-ci ildən bank sektorunda çalışıb. Yeni vəzifəsinə qədər “FNC” BOKT-un baş icraçı direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 107,5 milyon manatdır. Bankın səhmləri Elmir Maqbet oğlu Mehdiyevə (Müşahidə Şurasının sədri, 67,74 %), Vəfa Əhməd qızı Vəliyevaya (10,65 %) və Fəridə Cahandar qızı Mehdiyevaya (10,03 %) məxsusdur.

Xəbər xətti