Sumqayıtda mağaza yanıb

09:45 - 19 Aprel 2023 - HADİSƏ

Sumqayıtda mağaza yanıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Sumqayıt şəhərində ümumi sahəsi 150 kvadratmetr olan dəmir konstruksiyalardan ibarət talvar tipli mağazanın içərisində 130 kvadratmetr sahəyə yığılan plastik və taxta taralar yanıb.

Talvarın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti