Sərbəst güləş üzrə Azərbaycan millisinin lideri Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Ucnoqta.az xəbər verir ki, Hacı Əliyev finalda bolqarıstanlı Ramazan Ramazanovla qarşılaşıb. 70 kq çəki dərəcəsində çıxış edən 32 yaşlı pəhləvanımız rəqibinə 10:3 hesabı ilə qalib gəlib.
Bu qələbə sayəsində Əliyev karyerasında dördqat Avropa çempionu olub.