Boks üzrə şəksiz keçmiş dünya çempionu 56 yaşlı Mayk Tayson ağır və yüngül çəkidə keçmiş dünya çempionu 60 yaşlı Evander Holifildlə döyüşün əleyhinə deyil.
Ucnoqta.az xəbər verir ki, Tayson mediaya açıqlamasında “Məni buna inandırmaq olardı” deyib.
Qeyd edək ki, Tayson və Holifild arasında ilk döyüş 1996-cı ildə baş tutub. Döyüş Holifildin 11-ci raundda texniki nokautla qələbəsi ilə başa çatıb.
Revanş 1997-ci ilin yayında keçirildi. Holifild yenidən qalib gəldi, Tayson rəqibinin qulağının bir parçasını dişlədiyi üçün diskvalifikasiya olunduqdan sonra məğlub oldu.