Sabah güclü külək bəzi meteohəssas insanlar üçün əlverişsiz olacaq.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, aprelin 18-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilsə də, günün birinci yarısında qısamüddətə gilavar küləyinin arabir güclənməsi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.