Azərbaycanın I rübdə Qarabağa ayırdığı pulun məbləği AÇIQLANDI

18:22 - 17 Aprel 2023 - Xəbər

Bu ilin I rübündə Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına 1 067 milyon manat vəsait yönəldib.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu, 2023-cü ilin dövlət büdcəsində sözügedən məqsədlə nəzərdə tutulmuş 3 000 milyon manat vəsaitin 35,5 %-i deməkdir. Həmin vəsait sifarişçi təşkilatların müvafiq layihələr üzrə təqdim etdiyi kassa sifariş sənədləri əsasında istifadə olunub.

Xəbər xətti