"Saakaşvili “skeletə çevrilib”, 100 yaşlı kişiyə bənzəyir"

17:04 - 17 Aprel 2023 - Xəbər

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili “skeletə çevrilib” və 100 yaşlı kişiyə bənzəyir.

Ucnoqta.az "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, bu barədə Saakaşvilinin anası Giuli Alasaniya məlumat verib.

“İnsan skeletə çevrilib. Ayağa qalxanda isə onurğası 100 yaşlı kişi kimi tamamilə əyilir. O, çətinliklə söykənərək sürünür" - o, deyib. Saakaşvilinin anasının sözlərinə görə, o, yemək qəbul edir, lakin onun “orqanizmi onu uda bilmir”.

Xatırladaq ki, aprelin 7-də Saakaşvili həbsdə olarkən səhhətinin “kəskin şəkildə pisləşdiyini” və indi “ölmək üzrə olduğunu” deyib.

Xəbər xətti