Ağstafada TIR-ın hava yastığı partlayıb, usta ölüb

09:34 - 17 Aprel 2023 - Müsahibə

Ağstafada usta faciəvi şəkildə ölüb.

APA xəbər verir ki, 1981-ci il təvəllüdlü İsmayılov Rasim Aslan oğlu işi Özbəkistan vətəndaşı Usmonov Azam Olimoviçin idarə etdiyi “Mercedes Benz Actros” markalı TIR avtomobilinin nasaz olan hava yastığını təmir edib.

O, təkərlə yük yerinin arasında iş görən zaman hava yastığı partlayıb. İsmayılov Rasim Aslan oğlu nəticədə təkərlə yük yerinin arasında qalaraq ölüb.

Araşdırma aparılır.

Xəbər xətti