Yarışda iştirakdan imtina edən idmançılarımız Ermənistandan qayıdır

14:15 - 15 Aprel 2023 - İDMAN

Xəbər verdiyimiz kimi, Ermənistanın İrəvan şəhərində 2023-cü il ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı barbarlıq aktı törədilib, Azərbaycan bayrağı yandırılıb.

Ucnoqta.az xəbər verir ki, Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi Azərbaycan ağır atletlərinin artıq Ermənistanı tərk etdiyini bildiriblər.

Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ilə bağlı Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayıblar.

Bəyanatda yarışda iştirakdan imtina edildiyi bildirilib.

Xəbər xətti