Aprel ayının pensiyaları ödənildi

12:07 - 15 Aprel 2023 - ÖLKƏ İÇİ

Dövlət Sosial Müdafiə Fondu respublika üzrə aprel ayının pensiya ödənişini yekunlaşdırıb.

 Ucnoqta.az xəbər verir ki, aprelin 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkənin bölgələrində yaşayan şəxslərin aprel ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Xəbər xətti