Hamiləlik hər bir qadının həyatındakı ən gözəl dövrlərindən biridir. Bu, həyəcanlı gözləmə, xoş çətinliklər və dölün sağlamlığı ilə bağlı narahatlıqlar dövrüdür.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, immunoloq Reyhan Tağızadə bildirib. Onun sözlərinə görə, təyin edilmiş tədqiqatların siyahısına hər iki tərəfin qan qrupunu və Rh mənsubiyyətini təyin etmək üçün analiz daxildir. Əgər əvvəllər həkimlər əsasən ana və uşaq arasında Rh konfliktinə səbəb ola biləcək Rh faktoru ilə maraqlanırdılarsa, indi onların vəzifələrindən biri qan qruplarında immunoloji konflikt risklərini minimuma endirməkdir.///apa