Azərbaycan ağırlıqqaldıranları “ajiotaj yaratmamaq üçün” İrəvanda keçiriləcək Avropa çempionatının açılış mərasimində iştirak etməyəcəklər.
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin aparatının rəhbəri Arayik Arutyunyan bildirib.
“Biz onların təhlükəsizliyini təmin etdik, lakin Ermənistana gəlmələri ilə bağlı güclü ajiotajın olmasını istəmirik” - o, vurğulayıb.
Azərbaycan nümayəndə heyəti 4-ü idmançı olmaqla 12 nəfərdən ibarət İrəvana gedib.