Ermənistanda 44 günlük müharibədə həlak olan hərbçilərin yaxınları etiraz keçirir
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, onlar Ermənistan İstintaq Komitəsinə etiraz etmək üçün toplaşaraq oturaq aksiya keçirmək niyyətindədirlər.
Onlar 21 sentyabr işi üzrə cinayətkarlara qarşı ittiham irəli sürülənədək orada qalmağı və işin necə getdiyini aydınlaşdırmaq üçün İstintaq Komitəsinin rəhbəri Yura İvanyanla görüş tələb etməyi planlaşdırırlar.
Qeyd edək ki, 2022-ci il sentyabrın 21-də səhər saatlarında həlak olan əsgərlərin yaxınları Nikol Paşinyanın Yerablura səfərini pozmaq niyyətində hərbi panteonda növbətçilik edirdilər, lakin polis güc tətbiq edərək onları məntəqələrə aparıb.