Norveç Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin 15 əməkdaşını persona non qrata elan edib
Ucnoqta.az xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, onların mümkün qədər tez ölkəni tərk etmələri tələb olunur.
Qeyd olunur ki, “hökumət indi Norveçdə diplomatik pərdə altında işləyən 15 rus kəşfiyyatçısını persona non-qrata elan etmək qərarına gəlib”.
Hesabatda vurğulanır ki, “Rusiya hazırda Norveç üçün ən böyük kəşfiyyat təhlükəsi yaradır”.