Bu gün AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib.
Toplantı qurumun inzibati binasında baş tutub.
İclasda Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün ilk iki oyunu ilə bağlı hesabat verib. Bundan əlavə, digər məsələlər də müzakirəyə çıxarılıb. İtaliyalı mütəxəssisin hesabatı dinlənildikdən sonra baş məşqçi vəzifəsində saxlanılması barədə qərar qəbul olunub.
Bu barədə "Report"a qurumun İcraiyyə Komitəsinin üzvü Zaur Axundov açıqlama verib.