"Çelsi"nin baş məşqçisi Frenk Lempard komandasının Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Real Madrid"ə məğlubiyyətini şərh edib.
Ucnoqta.az xəbər verir ki, o, futbolçularını özlərinə inanmağa çağırıb.
“Bəli, bu gün məğlub olduq. Amma bu günün reallığıdır. Matçdan sonra futbolçularıma dedim ki, "Stamford Bric"dəki cavab oyununda möcüzələr ola bilər. "Real Madrid" çox yaxşı komandadır. Amma biz öz şanslarımıza inanmalıyıq”, - deyə məşqçi bildirib.
Qeyd edək ki, aprelin 12-də Madriddə keçirilən oyun 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.