"Bavariya"da qalmaqal: Sane ilə Mane dalaşdı

20:52 - 12 Aprel 2023 - İDMAN

Almaniyanın "Bavariya" komandasında xoşagəlməz hadisə baş verib.

"Report"un "Bild" nəşrinə istinadən məlumatına görə, Münhen təmsilçisinin iki futbolçusu - Sadio Mane ilə Leroy Sane İngiltərədə "Mançester Siti"yə uduzduqları UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunundan sonra dava ediblər.

Hadisəyə almaniyalı yarımmüdafiəçinin seneqallı hücumçu ilə kobud rəftarı səbəb olub. Sanenin danışıq tərzini bəyənməyən Mane qəflətən ona yumruq zərbəsi endirib. Bundan sonra əlbəyaxa dava etməyə başlayan futbolçuları komanda yoldaşları çətinliklə sakitləşdiriblər.

Qeyd edək ki, qarşılaşma "Bavariya"nın 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Xəbər xətti