Bakı və İrəvan Rusiyada sülh müqaviləsi üzrə yeni görüş təklifini qəbul etdilər
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
O, bildirib ki, Bakı və İrəvan Rusiyada sülh müqaviləsi üzrə yeni görüş təklifini qəbul ediblər:
"Bu ölkələr arasında sülh müqaviləsinin hazırlanmasında Ermənistan və Azərbaycana hər cür kömək etmək səylərimiz zəifləmir. Moskva yekun razılaşmadan sonra tarixləri açıqlayacaq" - Zaxarova vurğulayıb.