"Bu gün daha on il qocaldım" - Qvardiola

04:40 - 12 Aprel 2023 - SİYASƏT

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya qalib gəldikləri oyun barədə danışıb

Ucnoqta.az xəbər verir ki, mütəxəssis bu oyunun onun üçün güclü emosional sınaq olduğunu etiraf edib.

“Mən üç il “Bavariya”da olmuşam və bu komandanı yaxşı tanıyıram. Onlara qarşı həqiqətən yaxşı oyun göstərməlisən. Belə klubları keçmək üçün iki yaxşı matç oynamaq lazımdır. Mən emosional olaraq məhv olmuşam. Bu gün daha on il qocaldım.

Nə etməli olduğumuzu bilirəm. Tapşırıqları yerinə yetirməsəniz, bir, iki, üç qol vura bilərlər. Bunu həm mən, həm də futbolçular bilirik. Biz ora qol vurmağa və oyunda qalib gəlməyə çalışacağıq”, - ispaniyalı məşqçi qeyd edib.

Qarşılaşma aprelin 11-də Mançesterdə keçirilib və meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Rodriqo Hernandes (27-ci dəqiqə), Bernardo Silva (70) və Erlinq Haaland (77) vurub. 
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması aprelin 19-da Münhendə keçiriləcək.

Xəbər xətti