Ermənistan tərəfinin təxribatı nəticəsində məhv edilən erməni hərbçilərin adları açıqlanıb.
Ucnoqta.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi ölənlərin adlarını açıqlayıb.
Artur Avetisoviç Saakyan (1999-cu il təvəllüdlü)
Mkrtiç Armenoviç Arutyunyan (1989-cu il təvəllüdlü)
Henrik Vaçaqanoviç Köçəryan (1997-ci il təvəllüdlü)
Narek Qaqik Sarkisyan (1994-cü il təvəllüdlü)
Məlumata görə, təxribat nəticəsində daha 6 erməni hərbçisi yaralanıb, onlardan biri də xüsusi təyinatlı korpus komandiri Armen Gözəlyandır.