Bu gün şəhid olan hərbçilərimizin FOTOSU

20:28 - 11 Aprel 2023 - Cəmiyyət

Xəbər verdiyimiz kimi, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu şəhid olub və yaralanıb.

Şəhid olan hərbçilərimiz Sumqayıt şəhər sakini, gizir Vidadi Zalov, Tağıyev Səbuhi və  Həsənov Elşaddır


Xəbər xətti