Xəbər verdiyimiz kimi, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.
Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi erməni tərəfinin də itkilər verdiyini açıqlayıb. Yaralananlar arasında korpus komandiri Armen Gezalyanın da olduğu bildirilir.