Bərdə Təhsil Sektorunda 150 min manat mənimsənilib

16:37 - 11 Aprel 2023 - Cəmiyyət

Qarabağ Regional Təhsil İdarəsi Bərdə Rayonu üzrə Təhsil Sektorunda külli miqdarda yeyintiyə görə yoxlamalara başlayıb.

Ucnoqta.az-ın oxu.az-a istinadən məlumatına görə, sektorun mühasibinin 150 min manat mənimsəməyə yol verdiyi bildirilir.

Belə ki, analıq və əmək məzuniyyətinə çıxanların ödənişləri, eləcə də, əvəzçilik pulları az hesablanaraq mənimsənildiyi vurğulanıb.

Qarabağ Regional Təhsil İdarəsindən bildirilib ki, məlumat doğrudur və məsələ barədə idarə tərəfindən Baş Prokurorluğa müraciət edilib.

Xəbər xətti