Şahin Bağırov yeni vəzifəyə seçilib

16:28 - 11 Aprel 2023 - Xəbər

Azərbaycan Voleybol Federasiyasının (AVF) ümumi yığıncağı keçirilib.

AVF-dən verilən məlumata görə, federasiyanın prezidenti Cavid Qurbanov hesabat məruzəsi ilə çıxış edib və səsvermə ilə hesabat qəbul olunub. C.Qurbanov Azərbaycan Atletika Federasiyasına rəhbər seçilməsi səbəbindən Voleybol Federasiyasının prezidenti vəzifəsindən ayrıldığını bildirib və səsvermə ilə istefa qəbul edilib.

Sonra federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Azərbaycan Voleybol Federasiyasının yeni prezidenti seçilib. Çıxış edən Ş.Bağırov ona göstərilən etimada görə təşəkkür edib, bundan sonra voleybolun gələcək inkişafı və məqsədləri barədə qısa məlumat verib.

Xəbər xətti