İran və Rusiya nümayəndələri aviasiya sahəsində əməkdaşlıq memorandumları imzalayıblar.
Ucnoqta.az xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Məhəmməd Məhəmmədi-Baxş məlumat verib.
Məlumata görə, İran və Rusiya arasında pilotların təlimi üçün infrastrukturdan və təyyarələrin təmiri və texniki xidmət mərkəzlərindən istifadəyə dair ikitərəfli memorandumlar və sazişlər imzalanıb.