Ucnoqta.az
www.ucnoqta.az

İran və Rusiya əməkdaşlıq memorandumları imzalayıblar

16:23 - 11 Aprel 2023 tarixində dərc olunub.

İran və Rusiya nümayəndələri aviasiya sahəsində əməkdaşlıq memorandumları imzalayıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Məhəmməd Məhəmmədi-Baxş məlumat verib.

Məlumata görə, İran və Rusiya arasında pilotların təlimi üçün infrastrukturdan və təyyarələrin təmiri və texniki xidmət mərkəzlərindən istifadəyə dair ikitərəfli memorandumlar və sazişlər imzalanıb.

Müəllif: Ucnoqta.az redaksiyası