Prezidentin yüksək vəzifəyə təyin etdiyi Samir Seyidəhmədli kimdir?

15:43 - 11 Aprel 2023 - Cəmiyyət

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Samir Əhməd oğlu Seyidəhmədli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini təyin edilib.

Ucnoqta.az xəbər verir ki, Samir Seyidəhmədli bu təyinatadək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisinin birinci müavini vəzifəsində işləyib.

S.Seyidəhmədli Dövlət Vergi Xidmətində iş karyerasına (əvvəlki Vergilər Nazirliyi) 2005-ci ildən başlayıb. 
O, 2012-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Xəbər xətti