Martın 28-də terror hücumuna məruz qalan Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Bu barədə “Report”a deputatın köməkçisi Əjdər Əliyev məlumat verib.
O bildirib ki, F.Mustafa müalicəsini ev şəraitində davam etdirəcək.
Qeyd edək ki, martın 28-də F.Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə o, bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.