Lionel Messi evinin yanında on saat dayanan azarkeşi ziyarətə dəvət edib
Ucnoqta.az xəbər verir ki, 35 yaşlı futbolçunun fanatı Xuan Polkan Parisə uçaraq kumirinin harada yaşadığını öyrənib və evinə gedib.
Argentinalı hücumçunun malikanəsinin yaxınlığında Polkan on saata yaxın dayanmalı olsa da, onun bu əziyyətinə dəyib.
“Arzular gerçəkləşir və bu gün mən həyatımın xəyalını həyata keçirdim. Məni qəbul etdiyiniz təvazökarlıq və sadəlik...
O, tarixin ən yaxşısıdır, lakin hər şeydən əvvəl inanılmaz bir insandır və Antonela da. O, xəyalımı gerçəkləşdirmək üçün məni öz evinə demək olar ki daxil olmağa məcbur etdi.
Bunu göz yaşlarımla və sevinc hissi ilə yazıram. Əllərim və ayaqlarım hələ də titrəyir. Mən səni sevirəm Leo! Bu unudulmaz an üçün təşəkkür edirəm”, - deyə Polkan sosial şəbəkələrdə Messi ilə birgə fotosunu əlavə edərək yazıb.