Sabah ölkə ərazisində gecə və səhər saatlarında magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, aprelin 12-də Şuşa-Füzuli, Yevlax-Xocalı-Laçın, Laçın-Həkəri, Qubadlı-Xanlıq, Həkəri-Zəngilan, Ağdam-Füzuli-Horadiz, Füzuli-Cəbrayıl-Mahmudlu, Xankəndi-Xocavənd, Gəncə-Kəlbəcər-Laçın, Giləzi-Xızı, Quba-Xaçmaz, Quba-Qusar, Goran-Naftalan, Xaldan-Mingəçevir, Gəncə-Daşkəsən, Şəmkir-Gədəbəy, Bəhramtəpə-Biləsuvar, Yevlax-Zaqatala, Ələt-Astara, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində arabir duman ilə əlaqədar olaraq görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.