Vilayət Eyvazov mayoru yeni vəzifəyə təyin etdi

12:18 - 11 Aprel 2023 - Xəbər

Quba Rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis mayoru Anar Xəlil oğlu Şirinov yüksək vəzifəyə təyinat alıb.

Daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə Anar Şirinov Qobustan Rayon Polis Şöbəsinin istintaq bölməsinə rəis təyin edilib.

Quba Rayon Polis Şöbəsindən Bizim.Media-ya fakt təsdiqlənib.

Xəbər xətti