“Əl-Nasr”ın hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 23-cü turunun oyunundan sonra “Əl-Feyh”in futbolçusu ilə mübahisə düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb. 
                       
                                             
                                                        
Matçdan sonra portuqaliyalı "Əl-Feyh"in hücumçusuna rəqibin taktikasına işarə edərək, "Oynamaq istəmirsən!" - deyərək qəzəblənib. Bundan sonra ulduz futbolçu tribuna altındakı otağa çəkilib.
Qeyd edək ki, qarşılaşma 0:0 hesablı bərabərliklə başa çatıb. 
                       
                                             
                            
                             
                       
                       
                    
